Yanvarın 14-də dövlət qulluğunda idarəetmə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə “İnsan resurslarının idarə olunmasında situativ liderlik modeli və idarəetmə maneələri” mövzusunda onlayn təlim keçirilib.
XQ xəbər verir ki, təlim “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2023–2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”na uyğun təşkil olunub. Təlimin məqsədi dövlət qulluğunda rəhbər vəzifəli şəxslərin idarəetmə və insan resurslarının idarə olunması sahəsində müasir yanaşmalarla tanışlığı və praktiki bacarıqlarının artırılmasıdır.
Peşəkar təlimçi Şahin Qədimlinin təqdimatında keçən sessiyada Nazirliyin insan resursları üzrə qurumlarında çalışan rəhbər şəxslər və əməkdaşlar olmaqla 50 nəfər iştirak edib.
Təlim çərçivəsində situativ liderlik modeli, idarəetmə maneələri və insan resurslarının inkişafında tətbiq olunan müasir metodologiyalar müzakirə olunub.

