Dövlət Komitəsinin sədri Qobustanda vətəndaşları qəbul edib

post-img

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov yanvarın 26-da Qobustan şəhərində vətəndaşları qəbul edib.

XQ xəbər verir ki, qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin Qobustan şəhərindəki abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.

Qəbul zamanı Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşlar İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, “Hər məsciddə kitabxana” layihəsi çərçivəsində ibadətgahın kitablarla təmin edilməsi, dini icmanın fəaliyyəti, dini maarifləndirmə işinin genişləndirilməsi, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

































Sosial həyat