Bu gün dünyanın siyasi gündəminə damğa vuran ən mühüm sənədlərdən biri barədə – ABŞ prezident administrasiyasının yeni Milli Təhlükəsizlik Strategiyası haqqında danışacağıq.
Prezident Donald Tramp tərəfindən təsdiqlənmiş bu strategiya təkcə Amerikanın gələcək xarici siyasət kursunu deyil, həm də Avropa ilə münasibətlərin, Ukrayna müharibəsinin və qlobal güc balansının necə dəyişəcəyini göstərən mühüm siqnallar verir. Sənəddə səslənən kəskin tənqidlər, NATO-ya dair yeni yanaşma, Avropada miqrasiya və demokratiya ilə bağlı iddialar isə “qoca qitə”də ciddi rezonans doğurub. Gəlin, bu sənədin mahiyyətinə və beynəlxalq siyasətə təsirinə birlikdə nəzər salaq.
XQ

