BMT Baş Assambleyası 78-ci sessiyasının sədri Denis Frensis bəyan edib ki, Ermənistanın Azərbaycan ərazilərində basdırdığı minalar ciddi narahatlıq doğurur. Məlumatı “Anadolu” verib.
Frensis bu barədə Baş Assambleyanın Nyu-Yorkda keçirilmiş sessiyasının yekunları ilə bağlı mətbuat konfransında bildirib.
Jurnalistlərin Ermənistan tərəfindən işğal illərində Azərbaycan ərazilərində 1 milyon mina basdırması haqqında sualına cavab verən Frensis deyib ki, vəziyyət ciddi narahatlıq doğurur.
O qeyd edib ki, beynəlxalq hüquqa əsasən, bəzi silah növlərindən hərbi münaqişələr zamanı istifadə olunmamalıdır. Frensis münaqişə zonalarında olan bütün tərəfləri beynəlxalq hüququn tələblərinə əməl etməyə çağıtrıb.
P.ƏMİRCANOV
XQ

