NYT: Yəmənə hücumlar Husilərin hücum imkanlarını 30% azaldıb

post-img

ABŞ və Böyük Britaniyanın Yəməndəki hədəflərə endirdiyi zərbələrin köməyi ilə nəzərdə tutulan hədəflərin 90%-i məhv edilib. Lakin husilərin Qırmızı dənizdəki gəmilərə qarşı hücum imkanları cəmi 20-30% azalıb. Bu barədə "The New York Times" yazır.

NYT-nin məlumatına görə, 60-dan çox Yəmən hədəfi hücuma məruz qalarkən husilər “mobil platformalara əsaslanan və asanlıqla köçürülə və ya gizlədilə bilən” silahları saxlayırlar. Qəzetin həmsöhbətlərinin sözlərinə görə, hədəflərin aşkarlanmasında da problemlər yaranıb, çünki son illər Amerika kəşfiyyat orqanları husilər və onların silah anbarları haqqında kəşfiyyat məlumatlarının toplanmasına əhəmiyyət verməyiblər.

Yanvarın 12-nə keçən gecə ABŞ və Böyük Britaniya Yəmənin 60 hədəfinə, o cümlədən radarlar, hava hücumundan müdafiə sistemləri, həmçinin anbarlar, pilotsuz uçan aparatlar və raket buraxılış məntəqələrinə hücum edib. Husilər hücumlarda 5 əsgərin həlak olduğunu bildiriblər.

Bir gün sonra, yanvarın 13-nə keçən gecə Amerika hərbçiləri birtərəfli qaydada Yəmənin paytaxtı Sənada husilərin radar stansiyasına hücum ediblər. Britaniya və Amerika səlahiyyətliləri bu hücumun 2023-cü ilin dekabrından bu yana daha tez-tez baş verən Qırmızı dənizdə beynəlxalq gəmilərə edilən hücumlara cavab olduğunu deyirlər.

S.ELAY

XQ

Dünya