Almanların 70%-dən çoxu Almaniya kansleri Olaf Şoltsun işini bəyənmir. Bu barədə Almaniyanın "Bild" nəşri INSA İnstitutunun tədqiqat məlumatlarına istinadən məlumat yayıb.
İnstitutun sorğusunun nəticələrinə görə, respondentlərin 72%-i federal kanslerin işindən razı deyil. Dekabrın əvvəlindən bu rəqəm 3% artıb.
“Xüsusilə federal kansler Olaf Şolts pis qiymətləndirilib. Yalnız beş nəfərdən biri (20%) Şoltsun yaxşı iş gördüyünü düşünür, bu göstərici də üç pillə pisləşib", - nəşr yazır.
Qeyd olunur ki, almanların 76%-i, ümumiyyətlə, federal hökumətin işindən narazıdır. Vətəndaşların yalnız 17%-i bunu müsbət qiymətləndirir. Bu göstərici hakim koalisiya üçün 2021-ci ilin dekabrında işə başladığından bəri ən pis göstəricidir.
S.ELAY
XQ