Tramp Papa Fransiskin dəfn mərasimində iştirak edəcək

post-img

ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsindəki paylaşımında ABŞ-ın birinci xanımı ilə birlikdə Roma Papası Fransiskin dəfn mərasimində iştirak edəcəklərini açıqlayıb.

Tramp yazıb: "Melaniya və mən Romada Papa Fransiskin dəfn mərasimində iştirak edəcəyik. Biz bu səfəri səbirsizliklə gözləyirik!"

Papa Fransisk bazar ertəsi Pasxa bayramında 88 yaşında vəfat edib. Onun dəfn mərasiminin və dəfnin ölümündən 4-6 gün sonra keçiriləcəyi gözlənilir. Ənənəvi olaraq, mərasim Müqəddəs Pyotr meydanında keçirilir, lakin yerlə bağlı rəsmi məlumat hələlik verilməyib.

Bu, Trampın ikinci prezidentlik müddətində ilk beynəlxalq səfəri olacaq.

S.ELAY

XQ


@xalqqazeti Tramp Papa Fransiskin dəfn mərasimində iştirak edəcək #xeberler #kesfet #keşfet #NEWS #Vatikan #Pope #ABŞ ♬ оригинальный звук - xalqqazeti

Dünya