Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Kremldə danışıqlar aparırlar. Bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Rusiya prezidenti Vladimir Putin Kremldə prezident Trampın nümayəndəsi Stiven Uitkovu qəbul edir”, - Kremlin sözçüsü bildirib.
Cənab Uitkoffun olduğu təyyarə bu gün Moskvanın Vnukovo hava limanına enib. “Axios” portalı mənbələrə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi danışıqlar başlamazdan əvvəl onun detallarını açıqlaya bilməyəcəyini bildirib.
P.ƏMİRCANOV
XQ