Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 25-27-də Rusiyaya işgüzar səfər edəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Məlumatı “İnterfaks.ru” verib.
“Onun Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqları planlaşdırılır”, - deyə Zaxarova çərşənbə axşamı keçirdiyi brifinqdə bildirib.
Zaxarovanın sözlərinə görə, “xarici siyasət idarələrinin rəhbərləri Suriya, Liviya, Zaqafqaziya və Qara dəniz regionunda vəziyyətə xüsusi diqqət yetirməklə regional məsələlər üzrə fikir mübadiləsi aparacaqlar”.
“Onlar müasir şəraitdə ticari-iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər. Nazirlər yüksək səviyyədə ikitərəfli təmasların cədvəlini də nəzərdən keçirəcəklər”, - Rusiya XİN-in nümayəndəsi deyib.
P.ƏMİRCANOV
XQ