Sadır Japarov iyulun 2-də Rusiyaya işgüzar səfərə gedəcək

post-img

Qırğızıstan prezidenti Sadır Japarov iyulun 2-də Rusiya Federasiyasına işgüzar səfərə gedəcək. Bu barədə Qırğızıstan dövlət başçısı administrasiyasının bəyanatında deyilir.

Məlumatı TASS verib. 

“Qırğız Respublikasının Prezidenti Sadır Japarov iyulun 2-də Moskvaya işgüzar səfərə gedəcək. Prezident Sadır Japarovla Rusiya Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş gözlənilir”, - məlumatda deyilir.

Görüş zamanı iki dövlət liderləri “Qırğızıstan-Rusiya əməkdaşlığının cari məsələlərini”, o cümlədən “ticarət-iqtisadi, mədəni, humanitar və investisiya sahələrində” əməkdaşlığı müzakirə edəcəklər. 

P.ƏMİRCANOV
XQ

Dünya