İnsan təxəyyülünün sərhədi müəyyənləşdi

post-img

Psixoloqlar insan təxəyyülünün imkanlarını öyrənərək maraqlı nəticəyə gəliblər: beynimiz eyni anda yalnız bir obyektin hərəkətini izləyə bilir.

Harvard Universitetinin Psixologiya fakültə­sinin dosenti Tomer D. Ullman və İsrail Açıq Universitetinin koqnitiv psixologiya üzrə dosenti Heyli Balaban tərəfindən aparılan təcrübə Natu­re Communications jurnalında dərc olunub.

Tədqiqatda iştirakçılara əvvəlcə bir topun raketbol meydançasındakı kimi tullanmasını göstərən animasiya təqdim edilib. Daha sonra isə iki müxtəlif ritmdə hərəkət edən top nüma­yiş olunub. Hər iki halda müəyyən anlarda toplar ekrandan yoxa çıxıb və iştirakçılar onların hara düşəcəyini təxmin etməli olublar.

Nəticələr göstərib ki, insanlar bir topun tra­yektoriyasını asanlıqla təsəvvür edə bilsələr də, iki obyektin hərəkətini eyni anda izləmək və düzgün proqnozlaşdırmaq mümkün olmayıb.

Alimlər etiraf ediblər ki, bu nəticə gözlənil­məz olub. Əvvəlki araşdırmalara əsaslanaraq on­lar insan təxəyyülünün üç-dörd obyektin hərəkə­tini izləyə biləcəyini güman edirdilər.

Beləliklə, yeni tədqiqat insan beyninin məh­dudiyyətlərini bir daha üzə çıxararaq, təxəyyülün imkanlarının düşündüyümüz qədər geniş olma­dığını göstərib.

S.ELAY
XQ

Dünya