“Sumqayıt”ın inamlı qələbəsi

post-img

Misli Premyer Liqasında ötən bazar daha bir oyun keçirilib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşmada “Sumqayıt” Gəncənin “Kəpəz” ko­mandasını qəbul edib. Görüş ev sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb–3:0.

Xəbər verdiyimiz kimi, I turun ötən həftə təşkil olunan matçlarında “Turan-Tovuz” “İmişli”ni minimal hesabla məğlub edib–1:0. “Karvan-Yevlax”–“Qəbələ” və “Neft­çi”–“Şamaxı” oyunlarında qalib müəyyənləşməyib - 1:1. 

Qabil YUSİFOĞLU
XQ

İdman