Klublararası Dünya çempionatı – yeni format axtarışı

post-img

FİFA klublararası dünya çempionatının for­matını dəyişə bilər. Ali futbol qurumu turnirin iki ildən bir keçirilməsini planlaşdırır.

2029-cu ildən başlayaraq komanda sayı 32-dən 48-ə çatdırılacaq. Bundan başqa, oyun təqvimində sıxlığı aradan qaldırmaq üçün milli komandaların iyulda keçirəcəyi yol­daşlıq matçlarının ləğvi də nəzərdə tutulub.

Qeyd edək ki, klublararası dünya çempionatı bu il ABŞ-da təşkil olunub. Qalib finalda Fransanın “PSJ” komanda­sını 3:0 hesabı ilə məğlub edən İngiltərənin “Çelsi” klubu olub. 

Qabil YUSİFOĞLU
XQ

İdman