ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə “məhsuldar” adlandırdığı telefon danışığının təfərrüatlarını açıqlayıb. O, Putinlə Budapeştdə görüşməyi planlaşdırdığını bildirib.
Söhbət iki saatdan çox davam edib.
Tramp deyib: “Prezident Putin məni və ABŞ-ı Yaxın Şərqdə əsrlər boyu arzu etdiyi böyük sülhün əldə edilməsi münasibətilə təbrik etdi. Mən həqiqətən inanıram ki, Yaxın Şərqdəki uğur Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq üçün danışıqlarda bizə kömək edəcək. Prezident Putin birinci xanım Melaniyaya uşaqlarla işinə görə təşəkkür etdi. O, bu işin davam edəcəyini bildirib və dərin minnətdarlığını bildirib”.
ABŞ lideri əlavə edib: “Biz həmçinin Ukrayna ilə müharibə başa çatdıqdan sonra Rusiya ilə ABŞ arasında ticarəti müzakirə etmək üçün çox vaxt sərf etdik”.
Qeyd edək ki, bu gün Tramp Oval kabinetdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək və Putinlə söhbətini və “daha çox şeyləri” müzakirə edəcək.
P.Əmircanov
XQ