Misli Premyer Liqasında VIII tura 2 oyunla start verilir

post-img

Bu gün futbol üzrə Misli Premyer Liqasında VIII tura start veriləcək.

XQ xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçı Şamaxıda eyniadlı komanda ilə “Kəpəz” arasında olacaq. Görüş saat 14:30-da başlayacaq. Yeddi turdan sonra “Şamaxı” 9 xalla 7-ci pillədə qərarlaşıb. Xalı olmayan Gəncə klubu isə sonuncu, yəni 10-cu sırada yer alıb.

Digər matçda isə “Turan Tovuz” “Azərsun Arena”da “Qarabağ”la qarşılaşacaq. Oyuna saat 19:00-da start veriləcək. Hazırda Tovuz təmsilçisi 15 xalla turnir cədvəlinə başçılıq edir. Rəqibindən bir oyun az keçirən Ağdam klubu isə 13 xalla üçüncü pilləni tutur.

Qeyd edək ki, turun digər qarşılaşmaları oktyabrın 18-19-da keçiriləcək.

İdman