Xarici mətbuatın yazdığına görə, Çin koronavirusa qarşı inhalyasiya yolu ilə peyvənd hazırlayıb. Səhiyyə mütəxəssisləri düşünüblər ki, ölkə vətəndaşları aldıqları koronavirus peyvəndinin müddətini ötürə bilərlər və vaxtı keçmiş vaksinin köməyi olmaz. Buna görə də Çin COVID-19-a qarşı vaksini iynə – ampula əvəzinə, inhalyasiya yolu ilə peyvəndin aktiv şəkildə yayılmasına başlayıb.
Bununla da dünyada COVID-19-a qarşı ilk inhalyasiya yolu ilə peyvənd vurulmasına başlanıb. Aktiv maddələr xüsusi buxarda və ya duman içində həll olunur, peyvəndin özü ənənəvi inhalyasiya yolu ilə eyni şəkildə nəfəs yolu vasitəsilə daxilə qəbul edilir.
Çin səhiyyə rəsmiləri ümid edir ki, inhalyasiya yolu ilə peyvənd iynələrdən qorxan insanlar arasında dərmana tələbatı artıracaq. Bu, Çində hazırda tətbiq olunan sərt antivirus məhdudiyyətlərinin yaxın gələcəkdə aradan qaldırılmasına imkan verəcək ki, bu da çox vaxt milyonlarla əhalisi olan meqapolislərdə geniş yayılmış karantinlərə və istehsalın dayandırılmasına gətirib çıxarmayacaq.
İnhalyasiya yolu ilə peyvənd ötən ay Çində təsdiqlənib, lakin Rusiya, ABŞ və Böyük Britaniya da daxil olmaqla, digər ölkələrdə lisenziyalaşdırılmayıb.
Xəbərdə o da qeyd edilir ki, peyvəndin istehsalçısı dekabr ayının əvvəlində Barselonada keçirilən Dünya Peyvənd Konqresində klinik sınaq məlumatlarını təqdim edib.
Z.HÜSEYNLİ
XQ

