Dövlət katibi jurnalistlərə bildirib ki, ABŞ prezidenti məqsədinə hərbi yolla çatmaq ehtimalını istisna etməyib.
ABŞ dövlət katibi Marko Rubio gələn həftə Danimarka liderləri ilə görüşəcək, lakin prezident Donald Trampın Qrenlandiyanı ələ keçirmək planlarının dəyişməz qaldığını açıq şəkildə bildirib.
“Reuters” agentliyinin məlumatına görə, Fransa və Almaniya kimi narahat müttəfiqlər bu hadisələr fonunda cavab tədbirləri hazırlayırlar.
Nəşr xatırladıb ki, Venesuela liderinin ələ keçirildiyi ABŞ hərbi əməliyyatı Avropada Ağ Evin Qrenlandiya planları ilə bağlı narahatlıqlar yaradıb.
Rubio jurnalistlərə bildirib ki, Tramp məqsədinə hərbi yolla çatmaq ehtimalını istisna etməyib.
“Lakin bir diplomat olaraq, deyə bilərəm ki, Venesuela da daxil olmaqla, biz məsələləri həmişə müxtəlif yollarla həll etməyə üstünlük veririk”, - deyə o qeyd edib.
P.ƏMİRCANOV
XQ

