Suriya ordusu YPG-yə Hələbdən çıxmaq üçün vaxt qoyub

post-img

Suriya Müdafiə Nazirliyinin açıqlamasına görə, “Suriya Demokratik Qüvvələri” (SDG) adı altında fəaliyyət göstərən YPG/SDG terror təşkilatına qüvvələrini Hələbdən çıxarmaq üçün saat 3:00-dan 9:00-dək vaxt verilib, çünki bu müddət ərzində atəşkəs qüvvədə olacaq.

Məlumatı “Anadolu” verib. 

Nəşrdə deyilir: “Silahlı şəxslərə yalnız yüngül, şəxsi silah gəzdirməyə icazə veriləcək. Onların təhlükəsiz keçidi Suriya ordusu tərəfindən təmin ediləcək və bu, onlara ölkənin şimal-şərq bölgələrinə getməyə imkan verəcək”.

Nazirlik vurğulayıb ki, bu addım ərazilərdə hərbi gərginliyə son qoymaq, dövlət qurumlarının işini bərpa etmək və evlərindən qaçan mülki şəxslərin geri qayıtmasını asanlaşdırmaq üçün atılıb. YPG/SDG-nin geri çəkilməsi prosesinin daxili təhlükəsizlik bölmələri ilə koordinasiyalı şəkildə həyata keçiriləcəyi bildirilir.

YPG/SDG terror təşkilatı 6 yanvarda işğal etdiyi ərazilərdən Hələbdəki çoxsaylı hədəflərə hücumlar təşkil edib.

Suriya hakimiyyəti YPG/SDG-dən əldə edilən razılaşmaya əməl etməyi və Hələbdəki hücumları dayandırmağı tələb etdi.

YPG/SDG-nin davam edən hücumlarına cavab olaraq, Suriya ordusu Şeyx Məqsud və Əşrəfiyyə bölgələrindəki terror təşkilatının mövqelərinə qarşı hədəf əməliyyatlarına başlayıb.

Bu arada, terror təşkilatı Hələbin bir neçə yaşayış məntəqəsinə hücumlar təşkil edib.

Yanvarın 6-dan bəri yaraqlıların həyata keçirdiyi hücumlarda doqquz suriyalı həlak olub, əksəriyyəti mülki şəxslər olan 55 nəfər yaralanıb.

Hələb Mərkəzi Komitəsi daha əvvəl təhlükəsiz ərazilərə təxliyə edilən sakinlərin sayının 142 minə çatdığını bildirmişdi.

P.ƏMİRCANOV
XQ

Dünya