“The Telegraph” məlumatlı mənbələrə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Keir Starmerə və bir neçə digər müttəfiq ölkə liderinə Qəzza zolağını idarə edəcək Sülh Şurasında yerlər təklif edə bilər.
Mənbənin məlumatına görə, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Səudiyyə Ərəbistanı, Qətər, Misir və Türkiyə də daxil olmaqla müttəfiq ölkələrin liderlərinin yaxın günlərdə Trampın planına qoşulacağı gözlənilir.
Nəşr bildirir ki, ABŞ Qəzzanın yenidən qurulmasında iştirak edəcək insanların Tramp kimi yüksək vəzifələr tutmasının vacib olduğunu düşünür.
Mediada Britaniyanın keçmiş Baş naziri Toni Bleyerin, Trampın kürəkəni Cared Kuşnerin və ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffun icra şurasının üzvləri arasında olacağı barədə məlumatlar yayılıb.
P.ƏMİRCANOV
XQ

