Türkiyə və Avropa rəsmiləri paytaxt Ankarada Türkiyə-Aİ siyasi dialoqu keçiriblər.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Türkiyənin xarici işlər nazirinin müavini, Aİ İşləri İdarəsinin direktoru, səfir Mehmet Kamal Bozay və Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) siyasi məsələlər üzrə baş katibinin müavini Olof Skuq siyasi direktorlar səviyyəsində görüşə həmsədrlik ediblər.
Görüşlə bağlı əlavə məlumat verilmir.
P.ƏMİRCANOV
XQ

