Ərdoğan: Özbəkistanın beynəlxalq nüfuzunun artmasını yaxından izləyir

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanla ikitərəfli ticarətin son 10 ildə üç dəfə artdığını qeyd edib: “İnanıram ki, tezliklə 5 milyard dollarlıq yeni hədəfimizə çatacağıq”.

Məlumatı “Anadolu” verib. 

Ankarada keçirilən danışıqlardan və sazişlərin imzalanma mərasimindən sonra Prezident Ərdoğan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə birgə mətbuat konfransı keçirib.

Ərdoğan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasını yenicə başa vurduqlarını ifadə edib. Prezident qeyd edib ki, bu il 1996-cı ildə Əbədi Dostluq və Əməkdaşlıq Müqaviləsinin imzalanmasının 30-cu ildönümüdür və qardaş ölkə olan Özbəkistanın Mirziyoyevin müdrik və güclü rəhbərliyi altında, dövlətçilik ənənələri sayəsində Mərkəzi Asiyanın regional inteqrasiyasında aparıcı rol oynadığını vurğulayıb.

O, Özbəkistanın beynəlxalq nüfuzunun artmasını yaxından izlədiyini və bu tendensiyanı səmimi dəstəklədiyini bildirib.

P.ƏMİRCANOV
XQ

Dünya