Türkiyə və Ermənistan birgə protokol imzalayıblar

post-img

Türkiyə və Ermənistan Ani körpüsünü bərpa edəcək.

XQ xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, Türkiyə Vitse-prezident Cevdet Yılmaz Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə Ani Körpüsünün birgə bərpası ilə bağlı anlaşma memorandumunun imzalandığını açıqlayıb.

"İnanırıq ki, bu gün anlaşma memorandumu ilə rəsmiləşdirdiyimiz Ani Körpüsünün birgə bərpası kimi simvolik və maddi əməkdaşlıq sahələri də davamlı sülh və təhlükəsizlik mühitinə töhfə verəcək.

Regional sülhə, dialoqa və sabitliyə əsaslanaraq, Cənubi Qafqazda normallaşmanı təşviq etmək, iqtisadi əməkdaşlığı artırmaq və xalqlarımız arasında əlaqələri gücləndirmək yanaşmamızı qətiyyətlə davam etdirəcəyik". -  Cevdet Yılmaz qeyd edib.

Qeyd edək ki, Ani körpüsü Türkiyə-Ermənistan sərhəddində olan tarixi abidədir. Körpünün yarısı Türkiyə ərazisində, yarısı isə Ermənistan ərazisindədir.

Dünya