1852-ci ilin 6 sentyabr günündə Mançesterdə ilk pulsuz kitabxana fəaliyyətə başladığından bu günü kitab oxumaq günü kimi dəyərləndiriblər. Bu gün insanı formalaşdıran, mənəvi aləmini zənginləşdirən kitabların əhəmiyyətini vurğulayır.
Milli Kitabxanada gənclərin fəal mütaliəyə cəlb olunması, mütaliə mədəniyyətinin formalaşdırılması, kitab və mütaliənin təbliği məqsədilə “6 sentyabr - Beynəlxalq Kitaboxuma Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub.
Virtual sərgi ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:
https://anl.az/el/vsb/Beynelxalq_Kitaboxuma_Gunu/index.htm
Vitual sərgidə şüurlu və sürətli oxu, kitabla rəftar, uşaqlar və mütaliə, kitab bayramları, oxu mədəniyyəti, söz, kitab, mütaliə, kitabxana və s. haqqında dövri mətbuatda çap olunan məqalələr, fotolar, Azərbaycan və xarici dillərdə kitablar nümayiş etdirilir.