“Qəhrəmanlıq zirvəsi” kitabı çapdan çıxıb

post-img

Tanınmış ictimai-siyasi xadim, YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin rəhbəri Zərifə xanım Quliyevanın “Qəhrəmanlıq zirvəsi” adlı kitabı  çapdan çıxıb.  

Redaktoru və ön sözün müəllifi  tanınmış jurnalist Əliqismət Bədəlov olan bu  kitab Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün bərpası uğurunda sinəsini sipər edib Şəhidlik zirvəsinə ucalan, həmçinin bu yolda sağlamlığını itirib əlil olmuş mərd, qəhrəman Azərbaycan oğullarına həsr olunub. 

Kitabda, həmçinin Ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində Azərbaycan Ordusunun formalaşdırılması, vahid ordu komandanlığının yaradılması, o cümlədən Prezident, Ali Baş Komandan İlham Əliyevin sonsuz diqqət və qayğısı sayəsində  Silahlı Qüvvələrimizin  getdikcə qüdrətlənməsi, Müdafiə Sənayesi Nazirliyinin təşkil olunması, ordumuzun  ən müasir silah-sursatla təchiz edilməsi və Ermənistanın uzun müddətli işğalına birdəfəlik son qoyulması  da öz əksini tapıb. 

Müəllif qeyd edir ki, Vətəninin müdafiəsi,  Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canını qurban verən və sağlamlığını  itirən insanlar həyat durduqca yaşayır, yetişən gənc nəslin hərbi vətənpərvərlik ruhunda yetişməsində örnək olurlar: ”Şəhidlərimiz, qazilərimiz  təkcə döyüş meydanında qəhrəman olmadılar. Onlar həyatlarında da mərd, cəsur, saf ürəkli insanlar idilər. Kimisi yenicə ailə qurmuşdu, kimisi ata olmaq arzusunda idi, kimisi tələbə , kimisi də hələ gənc bir oğlan… Lakin hamısının ortaq bir arzusu var id: azad, güclü, bütöv Azərbaycan görmək, bu amala çatmaq, ölkəmizi dünyaya bütöv Azərbaycan kimi tanıtmaq. Artıq şəhidlərimizin, qazilərimizin  bu arzusu reallığa çevrildi. Dünya birliyi şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı sayəsində”. “QARABAĞ AZƏRBAYCANDIR!” reallığı ilə barışmaq məcburiyyətində qaldı”.

Kitab yetişən gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayacaq.

Elm