Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsində Ümumi pedaqogika kafedrasının professoru Rüfət Lətif oğlu Hüseynzadənin 75 illik yubileyi münasibətilə tədbir keçirilib.
XQ xəbər verir ki, tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, eləcə də qonaqlar iştirak ediblər.
Giriş sözü ilə çıxış edən fakültə dekanı dosent Asif Axundov əməkdar müəlllim, professor Rüfət Hüseynzadənin həyatı və yaradıcılığından bəhs edib. A. Axundov professoru yubileyi münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, yeni elmi uğurlar və uzunömürlü fəaliyyət arzulayıb.
Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov çıxış edərək professor Rüfət Hüseynzadənin Azərbaycan pedaqogika elminin inkişafındakı mühüm rolunu xüsusi vurğulamış, onun uzunillik səmərəli elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndirib. Professor Asəf Zamanov Azərbaycan Dövlət Pedaqoji Universiteti adından fəxri fərmanı yubilyara təqdim edib.
Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov çıxışında professorun zəngin elmi irsi, pedaqoji məktəb yaratmaq bacarığı, tələbələrə və həmkarlarına göstərdiyi diqqət və qayğını qeyd edib.
ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Vaqif Əliyev Rüfət Hüseynzadənin pedaqogika elminin inkişafına verdiyi töhfələrdən bəhs edib və professor ona ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin fəxri fərmanını təqdim edib.
Tədbirin gedişində professorun elmi və pedaqoji fəaliyyətini əks etdirən xatirələrdən söz açılıb, onun yetirmələri tərəfindən səmimi təbriklər səsləndirilib.
Sonda çıxış edən professor Rüfət Hüseynzadə göstərilən diqqət və ehtirama görə universitet rəhbərliyinə, həmkarlarına və dəvətlilərə təşəkkürünü bildirmişdir.


.jpeg)

.jpeg)
.jpeg)

.jpeg)
.jpeg)

