Minskdə II MDB Oyunlarında Azərbaycan komandasının çıxışı davam edir.
Gənclər və İdman Nazirliyindən “Xalq qəzeti”nə bildirilib ki, boks yarışlarında təmsilçimiz Aynur Mikayılova (54 kq) final döyüşünə çıxsa da, özbəkistanlı rəqibinə məğlub olaraq ikinci olub.
Muay-tayçılarımızdan isə Xəyal Əliyev (60 kq) bütün rəqiblərini məğlub edərək finala yüksəlib.
Bununla da, komandamızın yarışda qazandığı medalların sayı 38-ə çatıb. Bu nəticə ilə yığmamız 4-cü sıradadır. Turnir cədvəlinə Rusiya 202 medalla liderlik edir.
Leyla SABİRQIZI, “Xalq qəzeti”