İki boksçumuz finalda

post-img

Macarıstanın Eqer şəhərində gənclər arasında keçirilən beynəlxalq turnirdə Azərbaycanın iki boksçusu finala yüksəlib.

Belə ki, yarımfinalda Tağı Nəsibov (60 kq) macarıstanlı Daniel Frank, Abbasqulu Şadlinski (71 kq) Rastislav Aniskodan (Slovakiya) güclü olub. Həlledici mərhələdə Tağı Nəsibov özbəkistanlı Abdulaziz Jurakulov, Abbasqulu Şadlinski Arpad Jamborla (Macarıstan) gücünü sınayacaq. 

L.QURBANOVA XQ

İdman