Boksçularımız “Heydər Əliyev Kuboku-2025”də mübarizəyə başlayırlar

post-img

Bu gün yeniyetmə oğlan və qız boksçular arasında “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turniri start götürür.

Boks Federasiyasından “XQ”yə bildiriblər ki, Bakı Boks Mərkəzində keçiriləcək ənənəvi yarışda Azərbaycan millisi ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Monteneqro, Rusiya, Belarus, Türkiyə və Gürcüstanın yığmaları iştirak edəcəklər. 200-dən çox boksçunun qatılacağı turnirdə oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. “Heydər Əliyev kuboku-2025”in final görüşləri mayın 21-də olacaq.

Azərbaycan millisi yarışda geniş heyətlə mübarizə aparacaq. Komandamızın baş məşqçisi Vaqif Kazımov turnirdə 60 yeniyetməni sınaqdan keçirəcək. Yarışın ilk günü saat 14:00-da açılış mərasimi təşkil olunacaq, ardınca döyüşlər başlayacaq.

L.AZAD
XQ

 

İdman