Portuqaliyanın Koimbra şəhərində batut gimnastikası və tamblinq üzrə keçirilən beynəlxalq turnir gimnastlarımız üçün uğurlu olub. Belə ki, milli komandanın üzvlərindən Selcan Mahsudova batut gimnastikası üzrə 54.720 xal, Məhəmməd Həsənli - 47.410 xal qazanaraq I yerləri tutublar. Aylin Ağazadə isə 45.270 xalla III yerlə kifayətlənib.
Fərdi çıxışlarda isə ikili-mini batut proqramı üzrə Fərhad Mustafayev 22 min xalla II yerin sahibi olub. Gimnastlarımız Sənan Rzazadə və Hüseyn Əsədullayev yüksək nəticələr nümayiş etdiriblər.
M.HACIXANLI
XQ