Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb.
Azərbaycan Voleybol Federasiyasından bildirilib ki, o, A qrupunda yer alan Türkiyə və Danimarka komandalarının bu gün keçiriləcək qarşılaşmasında ikinci hakim funksiyasını yerinə yetirəcək.
Türkiyənin Malatya şəhərində baş tutacaq oyunun birinci hakimi isə yunanıstanlı Vasileios Vasiliadis olacaq.