Gənclər və İdman Nazirliyinin növbəti kollegiya iclası keçirilib

post-img

Sentyabrın 4-də Gənclər və İdman Nazirliyinin növbəti kollegiya iclası keçirilib.

XQ xəbər verir ki, nazir Fərid Qayıbovun sədrliyi ilə keçirilən iclasda gündəlikdəki məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

İclasda həmçinin 2025-ci ilin Vahid Təqvim Planına əlavələrin edilməsi məsələsinə baxılıb və müvafiq qərar qəbul edilib. Eləcə də, 2025-ci ildə təşkil olunmuş “Şahin” hərbi-idman oyununun nəticələri barədə hesabat müzakirə olunaraq qəbul edilib.

İdman