“Abşeron Lions” Avropa Kubokunda

post-img

“Abşeron Lions” basketbol komandası dünən FIBA Avropa Kubokunun qrup mərhələsində mübarizəyə başlayıb. Erhan Tokerin baş məşqçisi olduğu kollektiv paytaxtda Estoniyanın “Kalev” klubunu qəbul edib. Bakı İdman Sarayında keçirilən görüş 85-93 hesabı ilə başa çatıb.

Qeyd edək ki, oktyabrın 15-də Azərbaycanın digər təmsilçisi “Neftçi” Avropa Kubokuna məğlubiyyətlə başlayıb. Paytaxt basketbolçuları I qrupda Polşanın “Trefl” klubu ilə qarşılaşıb. Soport şəhərində keçirilən oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 92:63.

Qabil YUSİFOĞLU
XQ

İdman