Amputant futbolunun qrup oyunları

post-img

Bakıda keçiriləcək amputant futbolu üzrə Millətlər Liqasının C qrupunun oyunlarının təqvimi açıqlanıb.

AFFA-nın mətbuat xidmətindən verilən məlumata görə, 3 gün davam edəcək turnirdə 5 komanda – Azərbaycan, Belçika, İsrail, Ukrayna və Niderland milliləri mübarizə aparacaqlar. Komandamız ilk oyun günü Belçika, sabah İsrail, oktyabrın 19-da isə Niderland və Ukrayna milliləri ilə mübarizə aparacaqdır.

Qeyd edək ki, turnirin bütün oyunları “Bayıl Arena”da keçiriləcək.

Qabil YUSİFOĞLU
XQ

İdman