Azərbaycan UEFA reytinqində Serbiyaya daha da yaxınlaşıb. Bu, “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Bakıda İngiltərənin “Çelsi” klubu ilə heç-heçə etməsi (2:2) sayəsində mümkün olub.
25-ci pillədə olan Azərbaycanın əmsalı 22.250-yə çatıb. Ölkəmizdən bir pillə irəlidə yer alan Serbiyanın 22.375 əmsalı var. Sloveniya isə 21.718 əmsalla 26-cıdır. UEFA reytinqinə 100.227 əmsalı olan İngiltərə başçılıq edir.
IV turdan sonra Ağdamın “Qarabağ” komandası 7 xalla 15-ci sırada qərarlaşıb. Köhlən atlarla eyni xal toplayan İngiltərənin “Çelsi” və İspaniyanın “Barselona” komandaları müvafiq olaraq 11-ci və 12-ci yerləri bölüşürlər. Turnir cədvəlinə isə 4 oyundan 12 xal toplayan Almaniyanın “Bavariya”, İngiltərənin “Arsenal” və İtaliyanın “İnter” klubları başçılıq edir.
XQ

