Gömrük nəzarətinin həyata keçirilməsi qaydaları ilə bağlı təlim keçirilib

post-img

Gəncə və Tovuz gömrük idarələrinin əməkdaşlarına “Gömrük nəzarəti üsulları və vasitələri tətbiq olunmaqla gömrük baxışının və yoxlamasının həyata keçirilməsi qaydaları” mövzusunda təlim keçirilib.

XQ xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisi Orxan Nuriyev və həmin baş idarənin əməkdaşlarının iştirakı ilə keçirilən təlimdə gömrük yoxlaması və onun nəticələrinə dair qeydiyyatın aparılması ilə bağlı reallaşdırılan təkmilləşdirilmələr barəsində məlumat verilib, mümkün yoxlama ssenariləri üzrə praktiki nümunələr təqdim edilib.

Təlim çərçivəsində“Yoxlama qrupları”nın işinin təşkili vəziyyətinin öyrənilib, ehtiyaclar və çatışmazlıqlar müəyyənləşdirilib, əməkdaşlarla birgə sərhədkeçmə, gömrük nəzarəti prosesləri və yük terminallarında aparılan yoxlama işləri yaxından izlənilib, suallar cavablandırılıb.

Sosial həyat