Keçmiş Formula 1 pilotu həbs edilib

post-img

Sabiq Formula 1 pilotu Antonio Pitsoniya ABŞ-nin Texas ştatında baş vermiş insidentdən sonra həbs edilib.

XQ "FormulaPassion.it" saytına istinadən xəbər verir ki, hadisə uşaqlar arasında keçirilən kartinq yarışı zamanı baş verib.

Məlumata görə, Pitsoniyanın oğlu ilə digər bir gənc pilotun atası arasında mübahisə yaranıb. Keçmiş F1 sürücüsü mübahisəyə müdaxilə edərək qarşı tərəfə fiziki təzyiq göstərib.

45 yaşlı idmançı "bədən xəsarəti yetirməkdə" ittiham olunaraq saxlanılıb. Sonradan onun girov müqabilində şərti olaraq azadlığa buraxıldığı bildirilir.

Qeyd edək ki, Antonio Pitsoniya 2003-2005-ci illərdə "Yaquar" və "Uilyams" komandalarının heyətində çıxış edib.

İdman