Kamandan oxatma yarışı

post-img

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə örtülü salonda keçirilən ölkə birinciliyi və çempionatı çərçivəsində iki kateqoriya üzrə mübarizəyə yekun vurulub. Gərgin idman rəqabəti şəraitində keçən yarışların ilk mərhələsində idmançılar U21 və böyüklər kateqoriyaları üzrə öz məharətlərini nümayiş etdiriblər.

U21 kateqoriyası üzrə qadınların yarışında Fatimə Hüseynli 1-ci, Aliyə Əliyeva 2-ci, Lalə Almas 3-cü nəticə göstərib. Kişilərdə isə Sərdar Vəliyev qızıl, Nurlan Rəhimli gümüş, Anar Cavadzadə isə bürünc mükafata sahib çıxıblar.

Azərbaycan çempionatında qadınlardan Yaylagül Ramazanova qızıl medal, Fatimə Hüseynli gümüş medal, Dilguşə Sadıqova isə bürünc medal qazanıb.

Kişilərdən Məhəmmədəli Əliyev 1-ci, Nurlan Rəhimli 2-ci, Hüseyn Məhərrəmov isə 3-cü yerə layiq görülüb.

Qaliblərə mükafatları Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov, Gənclər və İdman Nazirliyinin strateji təhlil sektorunun müdiri Ülviyyə Hacıyeva və Azərbaycan Tibb Universitetinin tədris idman mərkəzinin müdiri Qələndər Aslanov təqdim ediblər.

Qabil YUSİFOĞLU
XQ

İdman