“Sabah” liderliyini möhkəmləndirib

post-img

Misli Premyer Liqasının XVII tura yekun vurulub. Turun son oyununda “Sabah” öz meydanında “Karvan-Yevlax”la qarşılaşıb.

Gərgin və maraqlı keçən görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb – 4:1.

Bu nəticədən sonra xallarını 40-a çatdıran “Sabah” liderliyini daha da möhkəmləndirib. Yevlax klubu isə 6 xalla sonuncu – 12-ci yerdə qərarlaşıb.

“Turan Tovuz” Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yerli komanda ilə qarşılaşıb. Görüş tovuzluların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qolları tovuzluların heyətində 13-cü dəqiqədə Hayderson Hurtado və 69-cu dəqiqədə Rəhim Sadıxov (69) vurublar. “Sumqayıt”ın qolu isə Hayderson Hurtadonun passivinə yazılıb. O, 61-ci dəqiqədə avtoqol müəllifi olub.

“Turan Tovuz” 30 xalla üçüncü sıraya yüksəlib. “Sumqayıt” isə 27 xalla beşinci pillədə qalıb.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində “İmişli” “Araz-Naxçıvan”la (2:2), “Neftçi” isə “Zirə” (0:0) ilə heç-heçə edib. “Qəbələ” “Şamaxı”nı (4:0), “Kəpəz” “Qarabağ”ı (2:0) hesabı ilə məğlub edib.

Qabil YUSİFOĞLU
XQ

İdman