Həndbolçuların ölkə çempionatında IV turu

post-img

Həndbol üzrə Azərbaycan çempionatında IV turun oyunları keçirilib.

Bu barədə Azərbaycan Həndbol Federasiyasından məlumat verilib.

Qadınların mübarizəsində “Qarabağ” “İdman Akademiyası”na (27:26) minimal fərqlə qalib gəlib. “Kür” “Azəryol”u (31:26), “Təhsil” isə “Bakı”nı (25:21) məğlub edib.

Kişilərin yarışında “Azəryol” və “Təhsil” qarşılaşması heç-heçə başa çatıb – 20:20. “Kür” səfərdə “Dinamo”nu (52:41), “Qarabağ” isə “Bakı”nı (25:23) üstələyib.

Qabil YUSİFOĞLU
XQ

İdman