Azərbaycan ilk 5-likdə qərarlaşıb
Türkiyə mediasının yazdığına əsasən, “Beynəlxalq İnvestorlar Birliyi” (BİB) 2025-ci ilin yanvar-fevral aylarında qardaş ölkəyə yatırılan birbaşa xarici sərmayələrə dair məlumatları açıqlayıb.
Bildirilib ki, bu investisiyaların həcmi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 92 faiz artıb və 1,35 milyard dollarlıq ümumi investisiyanın 58 faizi və ya 780 milyon dolları pərakəndə və topdansatış ticarət sektoruna yönəldilib.
Ən böyük beynəlxalq investisiyalar Niderland, ABŞ, İsveçrə, Böyük Britaniya və Azərbaycan tərəfindən qoyulub.