Ölkə ərazisində 107.001 ədəd yeni nəsil nəzarət-kassa aparatları quraşdırılıb

post-img

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 107.001 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2025-ci ilin yanvar – iyun aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 12 milyard 748 milyon 823,6 min manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz və ya 1,3 milyard manatdan çoxdur.

İqtisadiyyat