“Bakıxanov-Çörək” ASC səhmdarlarının nəzərinə!

post-img

30 iyun 2026-cı il saat 11:00-da Bakıxanov-Çörək” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Yığıncağın gündəliyi:

1. Cəmiyyətin 2025-ci il üzrə illik hesabatının müzakirəsi və təsdiqi.

2. 2025-ci ilin nəticələri üzrə dividendlərin verilməsi.

3. Cəmiyyətin müşahidə şurasının müfəttişinin seçilməsi.

Səhmdarlar ümumi yığıncağın gündəliyi ilə bağlı materiallarla Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 26 B nömrəli ünvanda iş günləri saat 10:00-dan 16:00-dək tanış ola bilərlər.

Səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsilə həyata keçirə bilər. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyənləşdirilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır.

Səhmdarların ümumi yığıncağı Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 37A nömrəli ünvanda “Badukubə” şadlıq evində keçiriləcəkdir.

Müşahidə şurası

Reklam və elan