Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3060,3 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, neft məhsullarından ağ neft istehsalı 10,6 faiz, qazoylların (dizel yanacağının) istehsalı 3,9 faiz, neft koksunun istehsalı 5,8 faiz artıb, avtomobil benzini istehsalı 3,8 faiz, sürtkü yağları istehsalı isə 42,2 faiz azalıb.
Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1306,2 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 81,3 faiz, kimya sənayesi məhsullarının istehsalı 10,7 faiz, rezin və plastic kütlə məmulatlarının istehsalı isə 5,3 faiz artıb.
Kimya sənayesi məhsullarından polietilen istehsalı 9,2 faiz, etilen istehsalı 8,1 faiz, lak-boya məmulatlarının istehsalı 6,5 faiz, karbamid istehsalı 1,9 faiz, rezin və plastik kütlə məmulatlarından plastmas, çubuqlar, millər və profillər istehsalı 37,4 faiz, plastmasbutulkalar, flakonlar və oxşar məmulatlar istehsalı 18,5 faiz artıb, sərt plastmasdan borular, borucuklar, qolçaqlar və şlanqlar istehsalı 0,2 faiz azalıb.