Toy karvanında yol-hərəkət qaydalarını kobud pozan sürücülər məsuliyyətə cəlb edilib

post-img

Bakı Şəhər DYP İdarəsinin məlumatına əsasən, Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı toy karvanında avtoxuliqanlıq etməklə digər hərəkət iştirakçılarına təhlükə yaradan, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən, dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edən və digər kobud qayda pozuntusu törədən 7 sürücü müəyyən olunaraq saxlanılıb.

Məlumatı DİN mətbuat xidməti verib. 

Avtoxuliqanlıq edən “VAZ-21214” markalı, 77-TH-109 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə onun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 500 manat məbləğində cərimə olunub. 

Həmçinin “Chevrolet” markalı, 77-NT-048, “VAZ-2107” markalı, 77-EH-807”, “Khazar” markalı, 90-YN-188, “Ravon” markalı, 77-MV-697, “Lada” markalı, 77-YC-121, “Daewo” markalı, 99-RC-693 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin sürücüləri barəsində isə  İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qanunauyğun tədbirlər həyata keçirilib.

P.ƏMİRCANOV

XQ



Son xəbərlər