Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər. Tədbirlərlə hər ikisi əvvəllər məhkum olunmuş 37 Natiq Baxışov və 40 yaşlı Tural Şıxıyev saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, onlardan ümumilikdə 13 kiloqram marixuana və 4558 ədəd ədəd metadon həbi aşkarlanıb.
T.Şıxıyev və N.Baxışovun narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri və maddi qazanc qarşılığında Bakı şəhərində deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.
Aprelin 19-da və 20-də isə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 20 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ