Vətən müharibəsində qazanılmış Zəfərin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda Dövlət Təhlükəsizliyi Xidmətinin "Qartal" xüsusi təyinatlılarından ibarət heyəti də keçid edib.
XQ-nin məlumatına görə, "Qartal" xüsusi təyinatlılarının parad heyətinə "Qarabağ" ordenli general-mayor Cabir Cəfərov başçılıq edib.

