Türkiyənin daxili işlər naziri Ali Yerlikaya gürcüstanlı həmkarı Geka Geladze ilə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" hərbi nəqliyyat təyyarəsinin qəzaya uğramasını müzakirə ediblər.
Türkiyə Daxili İşlər Nazirliyindən bildirilib ki, G.Geladze türk xalqına başsağlığı verib və axtarış-xilasetmə əməliyyatı bölgəsinə getdiyini deyib.
Türkiyə Prezident Administrasiyası media orqanlarını hadisəni işıqlandırarkən yalnız ölkənin rəsmi strukturlarının məlumatlarına əsaslanmağa çağırıb.

