Yeni Dünya nizamı Kipr Forumunda müzakirə edildi

post-img

Şimali Kipr Türk Respublikasının paytaxtı Lefkoşa şəhərində 5. Manas Forumu “Regional və qlobal inkişaf əsasında Türk dünyası” beynəlxalq forum  keçirilib. Forumda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, KKTC, Özbəkistan və başqa ölkılərdən olan  onlarla alim və mütəxəssislər iştirak ediblər.

Forumda “Yeni dünya nizamına keçid prosesi və Türk Dövlətləri Təşkilatı” mövzusunda çıxış edən  AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri,  fəlsəfə doktoru  Faiq Ələkbərli vurğulamışdır ki, regional və beynəlxalq səviyyədə yeni güc mərkəzlərinin formalaşması istiqamətində mühüm addımlar atılmışdır. Şuşa Bəyannaməsi (Azərbaycan-Türkiyə strateji birliyi) və Bakı Müqaviləsi (Azərbaycan-Türkiyə-Pakistan hərbi-siyasi əməkdaşlığı) bu prosesdə ilkin struktur rolunu oynayır. 

Məruzəçi qeyd etmişdir ki, regional və beynəlxalq səviyyədə gedən proseslər Azərbaycan və Türkiyənin liderlik rolunu ön plana çıxarır. Analitik baxışa görə, Türkiyənin qlobal gücə çevrilməsinin təməlində Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi, ardınca imzalanan Şuşa Bəyannaməsi və Bakı Müqaviləsi, eləcə də Türkiyə Cümhuriyyətinin 8-ci İstanbul Zirvə Toplantısı dayanır. Bu güc mərkəzinin formalaşmasında Türk Dövlətləri Təşkilatının rolu önəmli strateji əhəmiyyət kəsb edir.

Forumda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq münasibətlər və geosiyasət şöbəsinin müdiri, siyasi elmlər doktoru Ramilə Dadaşov və  böyük elmi işçisi Fərahilə Babayeva-Şükürova da iştirak ediblər.

XQ

Son xəbərlər