Maliyyə Nazirliyində YAP ərazi partiya təşkilatının yeni sədri seçilib

post-img

“Konstitusiya və Suverenlik ili” çərçivəsində, Konstitusiya Günü ərəfəsində Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının “Səməd Vurğun 135” ünvanında yerləşən (Azərbaycan Respublikası Maliyyə Nazirliyi) ərazi partiya təşkilatının iclası keçirilib.

İclasda YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Maliyyə Nazirliyinin rəhbər şəxsləri, həmçinin Nazirliyin YAP ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə ərazi partiya təşkilatının sədr müavini, iclasın sədri Bayram Əliyev açaraq iclasın gündəliyini iştirakçılara təqdim edib və çıxış üçün sözü YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanova verib.

Çıxışında YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov partiyanın dövlətçilik ideyalarına sadiqliyindən, Prezident, YAP Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatların uğurlarından danışıb, yeni seçilən sədrə fəaliyyətində uğurlar arzulayıb.

Tədbirdə Yeni Azərbaycan Partiyası ərazi partiya təşkilatının sədri vəzifəsinə Maliyyə Nazirliyinin Aparat rəhbəri Natiq Həsənovun namizədliyi irəli sürülüb. Namizədlik səsverməyə çıxarılaraq yekdilliklə dəstəklənib.

Beləliklə, Natiq Həsənov Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının “Səməd Vurğun 135” (Maliyyə Nazirliyi) ünvanında fəaliyyət göstərən ərazi ilk partiya təşkilatının sədri seçilib.

Sonda çıxış edən ərazi partiya təşkilatının yeni sədri, Maliyyə Nazirliyinin Aparat rəhbəri Natiq Həsənov göstərilən etimada görə partiya üzvlərinə təşəkkürünü bildirib, təşkilatın fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində fəal və məsuliyyətli iş aparacağını vurğulayıb.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının “Səməd Vurğun 135” ünvanında (Azərbaycan Respublikası Maliyyə Nazirliyi) fəaliyyət göstərən ərazi partiya təşkilatı 1999-cu ildə təsis olunub.



Son xəbərlər