- İnsan ürəyi həyatı boyu 182 milyon litr qan vurur.
- Qadınların ürəyi kişilərdən daha sürətli döyünür.
- İnsan bədənindəki qan damarlarının ümumi uzunluğu 100 min kilometrdir.
- Orqanizmdə 700-dək ferment var.
- Susuzluq hissi bədənin çəkisinin 1 faizinə bərabər su itkisi ilə yaranır. 5 faizdən çox su itkisi huşun itməsinə, 10 faizdən çoxu isə ölümə səbəb olur.
- Diş insan bədəninin özünü bərpa edə bilməyən yeganə orqanıdır.
- Bədəndəki bütün kalsiumun 99 faizi dişlərdədir.
- İnsan dodaqları barmaq uclarından yüz dəfələrlə həssasdır.
- Bakteriyaların yalnız 1 faizi insanlarda xəstəliyə səbəb olur. Bakteriyaların bədəndə ümumi çəkisi isə 2 kiloqramdır.
- Dünyada yaşayan insanların 7 faizi solaxaydır.
- Alma və bananı iyləmək arıqlamağa kömək edir.
- Yuxuların 90 faizi unudulur.
P.ƏFƏNDİ, “Xalq qəzeti”

